- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Beynəlxalq Şahmat federasiyası iyulun 1-nə reytinq cədvəlini təqdim edib. Allsport.az saytı xəbər verir ki, kişilərin siyahısında norveçli Maqnus Karlsenin (2855), qadınların siyahısında çinli Xou İfanın (2653) 1-cidirlər.
Dünyanın ən güclü 100 şətrənc ustasının yer aldığı sıralamada 5 həmyerlimiz də var. Hesabında 2764 xal ilan Şəhriyar Məmmədyarov bundan əvvəlki cədvəllə müqayisədə 6 pillə yuxarı qalxaraq, 12-ci pillədə qərarlaşıb.
Teymur Rəcəbov 35-ci yeri tutur (2722). 57-ci mövqedə Eltac Səfərli (2678), 74 və 75-ci pillələrdə müvafiq olaraq Arkadi Naydiç (2667) və Rauf Məmmədov (2666) daxildirlər.