- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2015 turnirində İtaliya təmsilçisi Fabiano Karuana ilə heç-heçə oynayan Şəhriyar Məmmədyarov partiyada qələbə üçün irəliləməyin mümkün olmadığını bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu partiyada qələbə görünmürdü. Üstünlük var idi, amma üstünlük qələbə demək deyil. Gedişlərdə qələbə üçün mümkünlük hiss olunmadı. Sona qədər bir fil fiquru artıq qaldı. Lakin rəqib səhvə yol vermədi. Karuana çox ustalıqla müdafiə olundu”.
Fabiano Karuana isə Şəhriyar Məmmədyarovun onu təəccübləndirmədiyini dedi. Onun sözlərinə görə məğlubiyyət barədə heç düşünməyib: “Şəhriyar yaxşı gedişlər etdi. Lakin üstünlüyü artırmadı. Çox az səhvim oldu. Bəzi gedişləri etsəydim nəticə fərqli olacaqdı. Müəyyən gedişləri təhlil etsəm də başqa çıxış yolu yox idi. Uğur qazanmaq istəyirdim. Fikrimcə, startda yarım xal pis deyil”.