- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirində 5-ci turun bir oyunu başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun görüşündə heç-heçə qeydə alınıb. 1 saat 40 dəqiqəlik mübarizənin yekununda tərəflər 30-cu gedişdə xalı yarı bölməyə razılaşıblar. Partiyadan sonra Şəhriyar Məmmədyarov həmyerlisinə qarşı oynamaqda çətinlik çəkdiyini bildirib:
“Komanda yoldaşlarıma qarşı oynamaq çətindir. Rauf təkcə həmkarım deyil, həm də dostumdur. İnanın milli üzvləriylə çox vaxt birgə oluruq. Artıq onları yaxın qohumum hesab edirəm. Çünki qohumlarımdan çox, şahmatçı dostlarımı görürəm. Milli komandamız bu il çox mehribandır. Tez-tez bir-birimizə məsləhət veririk. Şahmatla bağlı sirr saxlamırıq.
Raufa qarşı qələbəyə oynamaq mənim üçün asan deyil. Çünki, ona rəqib kimi baxmıram. Sözsüz, başqa yarışda qarşılaşsaydıq, qələbə lazım olsaydı bəlkə də heç-heçə olmazdı. İndiki halda oyunda üstünlük yox idi, ona görə də bərabərlik alındı. Sabah istirahət günüdür. Dincəlmək istərdim. Ənənəvi futbol yarışı olarsa, məmnuniyyətlə iştirak edəcəm”.