- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sayca 3-cü superturnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, axırıncı turda Şəhriyar Məmmədyarov Aniş Giri ilə qarşılaşıb. Sona 1 oyun qalmış yarışın reytinq favoriti və lideri Fabiano Karuanaya qalib gələn “Şah”, mübarizədə gərginliyi bir qədər də artırmışdı.
Niderlandlı həmkarı ilə matçda da qrossmeysterimiz xarakterib.Həlledici turda lider Fabioano Karuana Sergey Karyakinlə xalları yarı böldüyündən, onun Şəhriyarla xalları bərabərləşib. Karuana ilə Məmmədyarov arasında turnirin qalibini müəyyənləşdirmək üçün tay-brek keçirilib. Azərbaycanlı şahmatçı qalib gələrək, “Shamkir Chess-2016”nın qalibi olub.
9-cu tur
Şəhriyar Məmmədyarov – Aniş Giri (Niderland) 1:0
Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (İtaliya) 0,5:0,5
Pentala Harikrişna (Hindistan) – Eltac Səfərli 0:1
Pavel Elyanov (Ukrayna) – Teymur Rəcəbov 0,5:0,5
Hou İfan (Çin) – Rauf Məmmədov 0:1
Turnir cədvəli: Məmmədyarov, Karuana – 6 xal, Giri – 5,5, Karyakin – 5, Məmmədov – 4,5, Harikrişna, Rəcəbov, Səfərli – 4, Elyanov – 3,5, Hou İfan – 2,5.
Tay-brek: Məmmədyarov – Karuana 2,5:1,5