- Baxış sayı: 74
- 22 Aprel 2025 15:58
- Baxış sayı: 67
- Aprel 25, 2025
- 0
Bu gün Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirində növbəti görüşlər keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın 8-ci turu Azərbaycan şahmatçıları üçün uğurlu olub. Şəhriyar Məmmədyarov turnirin reytinq favoriti və lideri Fabiano Karuana ilə oyundan qalib ayrılıb. Digər qrossmeysterlərimiz xalı yarıya bölüblər.
Aniş Qiri (Niderland, 2790) – Hou Yifan (Çin, 2663) – 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan, 2655) – Pavel Elyanov (Ukrayna, 2765) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2726) – Pentala Harikrişna (Hindistan, 2763) – 0,5:0,5
Eltac Səfərli (Azərbaycan, 2664) – Sergey Karyakin (Rusiya, 2779) – 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2804) – Şəhriyar Məmmədyarov (Azərbaycan, 2748) – 0:1
Turnir cədvəli: Karuana, Qiri – 5,5 xal; Məmmədyarov – 5, Karyakin – 4.5; Harikrişna – 4; Rəcəbov, Məmmədov – 3,5; Səfərli, Elyanov – 3; Yifan – 2,5.