- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə yeni super turnirə start veriləcək.
Allsport.az xəbər verir ki, iştirakçılar reytinqə əsasən üç müxtəlif turnirdə yarışacaq.
Ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” kateqoriyasında Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Rixard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digərləri iştirak edəcək. Superturnirdə isə Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.