- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Bu gün Vüqar Həşimovun xatirəsinə “ShamkirChess 2017” superturnirinin 2-ci turunda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı həmkarı Sergey Karyakinlə 22-ci gedişdə xalı yarıya bölüb.
Allsport.az saytı xəbər verir ki, qrossmetsterimiz yarış cədvəlində öncüllərdəndir. Teymur Rəcəbov qaralarla Vladimir Kramnikə qarşı mübarizə aparır.
II tur
Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – Sergey Karyakin (2783, Rusiya) – 0,5:0,5
Vladimir Kramnik (2811, Rusiya) – Teymur Rəcəbov (2710, Azərbaycan) – 0,5:0,5
Pentala Harikrişna (2755, Hindistan) – Pavel Elyanov (2751, Ukrayna) – 0,5:0,5
Maykl Adams (2761, İngiltərə) – Uesli So (2822, ABŞ) – 0,5:0,5
Radoslav Voytaşek (2745, Polşa) -Veselin Topalov (2741, Bolqarıstan) – 0:1