- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 163
- Yanvar 19, 2025
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində 8-ci turun görüşləri başa çatıb. Allsport.az xəbər verir ki, “Synergy Group”un təşkilatçılığıyla keçirilən yarışın 8-ci turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və eks-dünya çempionu Vişvanatan Anand qarşılaşıb.
Oyun hindistanlı qrossmeysterin xeyrinə başa çatıb. O, qələbəsini belə şərh edib: “Turnirə hazırlıqla bağlı demək istəyirəm ki, evdə kifayət qədər vaxt ayırmışdım. Güclü rəqiblərlə qarşılaşacağımı bilirdim. Sonuncu turdan çox şey asılıdır, amma ümumilikdə götürəndə, çıxışımı orta qiymətləndirirəm. Düzdür, bundan da yaxşı nəticə göstərə bilərdim”.
Şəhriyar Məmmədyarov isə Vüqar Həşimov Memorialında istədiyi oyunu göstərə bilmədiyini qeyd edib: “Bilirəm, bəzi səhvlərə yol verdim. Oyundan sonrakı analizlərdə bunları görürdüm. Bu turnirdən əvvəl ardıcıl olaraq bir çox turnirlərdə iştirak etmişdim. Ona görə də vaxt azlığından yaxşı hazırlaşa bilmədim”.