- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 81
- Noyabr 21, 2024
- 0
Bu gün Yunanıstanın Krit adasında komandalararası Avropa çempionatı sona yetib. Allsport.az saytı xəbər verir ki, son turda Ukrayna ilə sərfəli sülh bağlayan millimiz sonda 3-cü dəfə baş mükafata sahib çıxıb. Qələbədən sonra ilk taxtada ölkəmizin şərəfini qoruyan Şəhriyar Məmmədyarov gənclər və idman nazirinin mətbuat katibi Səmayə Məmmədovaya yerində açıqlama verib. “Sah” bu yarışı ən çətin adlandırıb:
“Komandalararası Avropa çempionatı olimpiadadan da çətindir. Çünki burda güclü kollektivlər tez-tez bir-biriləri ilə qarşılaşırlar. Bütün iddialı rəqiblərlə ürəkdən oynadıq, sonda qalib gəldik və ölkə başçımız demişkən, yenə sübut etdik ki, Avropanın ən ağıllı xalqıyıq (gülür). Qısa zaman ərzində 3 dəfə baş mükafata yiyələndik. Bu, inanılmaz nəticədir. Şahmat ölkəsi olan Rusiya həmin uğura 18-20 ildə yetişib.
İlk oyunda İtaliyaya uduzanda, 3-cü partiyada ispanlarla heç-heçədən sonra hamı elə bildi ki, Azərbaycan mübarizədən qopub. Amma ard-arda 5 qələbədən sonra nəyə qadir olduğumuzu bir daha nümayiş etdirdik”.