- Baxış sayı: 42
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

Buxarestdə Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Grand Chess Tour 2019” seriya turnirinin rapid yarışında daha 3 partiya oynanılıb. Allsport.az verir ki, şahmatçımız dördüncü turda amerikalı Uesli Soya məğlub olub, beşinci qarşılaşmada ukraynalı Anton Korobov, altıncı matçda isə ermənistanlı Levon Aronyanla heç-heçə edib.
Şəhriyar ilk üç turda bütün qarşılaşmalarda “sülh”ə razılaşmışdı. Altı turun yekununa görə Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.
Noyabrın 8-dək davam edəcək rapid yarışından sonra, ayın 9-10-da blits turnirinin partiyaları oynanılacaq. Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.
“Grand Chess Tour 2019” turnirinin ilk mərhələsi Abican, sonrakı mərhələləri Zaqreb, Paris, Sent-Luisdə keçirilib. Yarışın növbəti mərhələsi Kəlkətə şəhərində təşkil ediləcək. Londonda isə noyabrın 30-dan dekabrın 10-dək final seriyanın matçları keçiriləcək.