- Baxış sayı: 35
- 05 Dekabr 2025 10:00
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

Daşkənddə şahmat üzrə Masters turniri davam edir.
Allsport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün üçüncü görüşünü keçirib.
İlk iki turda heç-heçə edən həmyerlimiz bu dəfə də xalları yarı bölüb. O, qara fiqurlarla 25-ci gedişdə iranlı Parham Maqsudlu ilə heç-heçə edib.
3-cü tur
Parham Maqsudlu (İran) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nodirbek Abdusattarov (Özbəkistan) – Nodirbek Yakubboyev (Özbəkistan) 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Rixard Rapport (Macarıstan) – Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5
Yu Yanqyi (Çin) – Aleksey Sarana (Serbiya) – 1:0