- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Qətərin paytaxtı Dohada “Qatar Masters-2015” beynəlxalq şahmat turniri start götürüb. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və digər tanınmış şahmatçılar iştirak edirlər.
Birinci turda Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Natalia Jukova üzərində qələbə qazanaraq aktivinə ilk xalını yazmağa müvəffəq olub. İkinci turda isə həmyerlimizin rəqibi Sinqapur şahmatçısı Jonq Janq olub. Şəhriyar bu görüşdə heç-heçə ilə kifayətlənməli olub.
Otuz ölkədən şahmatçının qatıldığı yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir.