- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 81
- Noyabr 21, 2024
- 0
Azərbaycan qrossmeysterinin dünya şahmat tacı uğrunda iddiaçıların yarışında bütün rəqibləri bilinib.
Allsport.az saytı xəbər verir ki, Berlinin “Külhaus” sərgi mərkəzində keçiriləcək mübarizədə hazırkı dünya çempionu norveçli Maqnus Karlsenə (2837) rəqib olmaq üçün, FIDE qran-pri yarışlarının yekununa əsasən Şəhriyar Məmmədyarov (2799), rusiyalı Aleksandr Qrişşuk (2782), dünya kubokunun nəticələrinə görə Levon Aronyan (2801, Ermənistan), Dinq Liren (2774, Çin), təşkilatçı ölkədən namizəd Vladimir Kramnik (2787), dünya tacı uğrunda uduzmuş Sergey Karyakin (2760, hər ikisi – Rusiya), FIDE əmsalı üzrə Fabiano Karuana (2799) , Uesli Co (2788, hər ikisi – ABŞ) mübarizə aparacaqlar.
İddiaçıların turniri 2018-ci il martın 10-dan 28-dək Alnamiya paytaxtında təşkil olunacaq. Dünya şahmat tacı uğrunda yarışın mükafat fondu 420 min avrodur.