- Baxış sayı: 144
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 164
- Dekabr 18, 2024
- 0
Bu gün “Çempionların şahmat turu” onlayn seriyasının 4-cü mərhələsi start götürür.
Allsport.az saytı xəbər verir ki, “Şahmat ustaları”nda Şəhriyar Məmmədyarovdan başqa, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, Tari Aryan (hər ikisi – Norveç), Vey Yu, Dinq Liren (Çin), Samuel Şenkland, Mişra Abhimanyu (ABŞ), David Guizarro (İspaniya), Rameşbabu Praqnanandha, Pentala Harikrişna, Vidit Santoş Qucarati (Hindistan), Cons Gevane (İngiltərə), Yorden Van Forrest, Aniş Giri (Niderland), Niels Qrandelius (İsveç) və Erik Hansen (Kanada) iştirak edirlər.
Qrossmeysterlər turnirin dörd gün davam edən ilkin mərhələsində 15 turda mübarizə aparacaqlar. Ş.Məmmədyarov bu gün ilk görüşünü Erik Hansenə qarşı keçirəcək. Sonrakı üç turda Maqnus Karlsen, Yorden Van Forrest və Mişra Abhimanyu ilə görüşəcək.
İlkin mərhələdə dairəvi sistem (qələbə 3 xal, heç-heçə 1 xal) üzrədir. Yekun nəticədə, 8 ən güclü nokaut sistemi üzrə növbəti raunda vəsiqə qazanacaq.
Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.