“Şəhriyar son bir ildə oynamadı. Mənə çox maraqlıdır, indi o hansı formadadır”

Niderlandlı şahmatçı Aniş Giri gələn ilin əvvəlində keçiriləcək “Tata Steel Master” superturnirində rəqiblərini dəyərləndirib. Allsport.az saytının məlumatına görə, o, azərbaycanlı həmkarı barədə bunu deyib:

«Şəhriyar Məmmədyarov uzun illərdi ki, dünyanın ən güclü şahmatçılarından biri hesab olunur. Bir müddət öncə o möhtəşəm sıçrayış edib. Hətta bir müddət dünya 2-cisi də olub. Uzun müddət ərzində sabit çıxış edib.

Təəssüf ki, son bir ildə demək olar ki, oynamadı. Çoxları kimi. Onlayn yarışlara da nadir hallarda qoşulurdu. Mənə çox maraqlıdır, o, indi necə çıxış edəcək, hansı formadadır. Əminəm ki, hazırda canlı şahmat üçün çox darıxıb və oynamaq üçün alışıb yanır»

Həmin kateqoriyadan