- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Bu gün Tiflisdə FİDE qran-prisinin 3-cü mərhələsində 4-cü turun görüşləri ş tutub. Allsport.az saytının məlumatına görə, hesabat turunda Şəhriyar Məmmədyarov rusiyalı Yevgeni Tomaşevski ilə görüşüb. Yarışda riskli oynayan şahmatçımız hələ heç-heçə etməyib.
Ötən partiyada qara fiqurlarla digər rusiyalı, Dmitri Andreykini məyus edən «Şah», bu matçda uduzub. Maraqlıdır ki, ötən oyunla fərqli, adı çəkilən görüşdə Vəzir qambiti Şəhriyara qələbə gətirməyib: o, 43-cü gedişdə təslim olub.
Digər qrossmeysterimiz Teymur Rəcəbov yenə bərabərliyə qalıb. O, ağ fiqurlarla Yeni hind müdafiəçisinə üstünlük verib. Tərəflər 79-cu gediştə sülh bağlayıblar.
4-cü tur
Teymur Rəcəbov (Azərbaycan) – Dmitri Yakovenko (Rusiya) 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya) – Bahadur Cobava (Gürcüstan) 1:0
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Yevgeni Tomaşevski (Rusiya) 0:1
Aniş Giri (Niderland) – Dmitri Andreykin (Rusiya) 0,5:0,5
Lenyer Dominges (Kuba) – Rüstəm Qasımcanov (Özbəkistan) 0,5:0,5
Petr Svidler (Rusiya) – Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Yarış cədvəli: 1.Tomaşevski – 3,5 xal; 2-4. Yakovenko, Giri, Qrişuk – 2,5; 5-9.Məmmədyarov, Qasımcanov, Dominges, Rəcəbov – 2; 10. Andreykin, Svidler – 1,5; 12.Cobava – 0,5.