- Baxış sayı: 60
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü – “Meltvater” turnirinin birinci yarış günündə 5 turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, startda Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edən Şəhriyar Məmmədyarov növbəti iki oyunda rusiyalı Daniil Dubov və amerikalı Hikaru Nakamura ilə heç-heçə edib
Dördüncü turda niderlandlı Yorden Van Forest üzərində qələbə qazanan şahmatçımız, yalnız sonuncu oyunda – fransalı Maksim Vaşye-Laqrav ilə qarşılaşmada məğlub olub.
Digər təmsilçimiz Teymur Rəcəbov isə ilk dörd turda Niderland təmsilçisi Aniş Giri, argentinalı Alan Piçot, amerikalı Uesli So, ermənistanlı Levon Aronyanla qarşılaşmalarını heç-heçə başa vurub. Şahmatçımız son oyunda rusiyalı Daniil Dubovu məğlub edib.
Yekun nəticələrə görə, 5 turdan 3 xal toplayan şahmatçılarımız 4-8-ci yerləri bölüşürlər. Turnir cədvəlinə 4 xalla Aniş Giri rəhbərlik edir.
Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.