- Baxış sayı: 52
- 14 Aprel 2025 15:15
- Baxış sayı: 74
- Aprel 14, 2025
- 0
Soçidə şahmat üzrə dünya kuboku davam edir. Allsport.az xəbər verir ki, Gülnar Məmmədova estoniyalı Mai Narvanı tay-brekdə 4,5:3,5 hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
O, 1/32 finalda gürcüstanlı Lela Javakişvili üz-üzə gələcək. Günay Məmmədzadə isə 1/32 finalda sloveniyalı Laura Unuk ilə qarşılaşacaq.
Vasif Durarbəyli isə 1/64 finalda rusiyalı Aleksandr Predke ilə görüşəcək. Bu mərhələdən mübarizəyə başlayacaq Şəhriyar Məmmədyarovun da rəqibi müəyyənləşib. Şahmatçımız Braziliya təmsilçisi Krikor Sevaq Mexitarian ilə qarşılaşacaq. Nicat Abasov isə ermənistanlı Şant Sarqsyanla üz-üzə gələcək.
Türkan Məmmədyarova və Ülviyyə Fətəliyeva mübarizəni dayandırıblar.