- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Dünya kubokunda 3-cü mərhələyə vəsiqə qazanan Rauf Məmmədov tay-brekdəki qələbəsi barədə danışıb. Allsport.az saytı xəbər verir ki, o, komanda yoldaşı Şəhriyar Məmmədyarovun mübarizəni erkən dayandırmasına da münasibət bildirib:
“Tay-brekdən öncə gecəni çox pis yatmışdım. Ona görə oyun çətin keçdi. Dünya kubokunun yeni qaydalarında armageddon yoxdu. Bu çətinlik yaradır. Heç-heçələrlə növbəti mərhələyə çıxmaq mümkün olmur. Məşqçi Aleksandr Xalifmana “çox sağ ol” demək istəyirəm. Tay-brekdə onun köməyindən istifadə etdim və qalib oldum. Xalifmanla həm də dostluq münasibətlərimiz var.
Şəhriyar kimi şahmatçının erkən mərhələdə mübarizəni dayandırması mənə görə bəxtsizlikdir. Digər tərəfdən etiraf etmək lazımdır ki, şahmatın səviyyəsi çox qalxıb. Hazırda 2300 reytinqi olan şahmatçını məğlub etmək asan deyil. Şəhriyarın rəqibi yaxşı şahmatçıdı. Məncə sinqapurlu Tin Jinqao 2700 reytinqli şahmatçı olacaq, uğurları qarşıdadır”.