Şəhriyarla Teymur 1/4 finalda

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları başa çatıb. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə keçiblər.

Turnir mayın 2-dək davam edəcək.

Həmin kateqoriyadan