Şəhriyarla Teymur Dünya İntellektual Oyunlarında

Bu gün Pekində Dünya İntellektual Oyunlarına start verilir. Allsport.az saytı xəbər verir ki, ənənəyə görə bu oyunlar çərçivəsində şahmat üzrə turnirlər də keçirilir. 16 kişi və 16 qadın idmançının iştirak edəcəyi yarışlarında bizdən qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparırlar.

Azərbaycan təmsilçilərindən savayı, rəqabətdə Etyen Bakro, Maksim Vaşye-Laqrav (hər ikisi – Fransa), Pentala Harikrişna (Hindistan), Radoslav Voytaşek (Polşa), Yan Nepomnyaşi, Aleksandr Qrişşuk (Rusiya), Peter Leko (Macarıstan), Van Hao, Van Yue ( Çin), Lenyer Dominges (Kuba), Vasili İvançuk, Ruslan Ponomaryov (Ukrayna), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) yer alıblar.

Qadınların turnirində Bela Xotenaşvili, Nana Dzaqnidze (Gürcüstan), Mariya Muzıçuk, Anna Muzıçuk, Anna Uşenina (Ukrayna), Hampi Koneru, Harika Dronavalli (Hindistan), Tszyuy Ventszyun, Çjao Syue, Hou İfan (Çin), Tatyana Kosintseva, Valentina Qunina, Aleksandra Kostenyuk (Rusiya), Pia Kramlyinq (İsveç), Antuaneta Stefanova (Bolqarıstan) və Elizabet Petss (Almaniya) çıxış edəcəklər.

Oyunların açılışı dekabrın 10-da keçiriləcək. Proqrama kişilər və qadınlar arasında rapid üzrə (11-12 dekabr, İsveçrə sistemi, 7 tur), blits üzrə (13-15 dekabr, 15 qoşa tur) və iki rəngli fiqurlarla eyni zamanda oyun üzrə (16-17 dekabr, İsveçrə sistemi, 5 tur) yarışlar daxildir. Zəka sahiblərin mübarizəsi dekabrın 17-dək davam edəcək.

Həmin kateqoriyadan