- Baxış sayı: 44
- 17 Aprel 2025 14:14
- Baxış sayı: 57
- Aprel 20, 2025
- 0
Beynəlxalq şahmat federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 8-ci yerə yüksəlib.
Onun 2770 xalı var. 2 765 xalı olan dünya kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 3 pillə geriləyərək 90-cı olub.
Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) 1-ci, Fabiano Karuana (ABŞ, 2820) 2-ci, Dinq Lijen (Çin, 2791) 3-cüdür.