- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Norveçli şahmatçı Maqnus Karlsenin onlayn təşkil edəcəyi turnirin iştirakçıları müəyyənləşib. Allsport.az xəbər verir ki, aprelin 18-də start götürəcək yarışda FIDE reytinqində ilk 8 yerdə qərarlaşmış şahmatçıların hamısı turnirdə iştirak etməyə razılaşmayıb.
8-likdəki qrossmeysterlərdən rusiyalı Aleksandr Qrişuk (6-cı yer), erməni Levon Aronyan (7-ci yer) və ABŞ təmsilçisi Uesli So (8-ci yer) turnirə qatılmayacaq. Onların əvəzinə fərdi qaydada hollandiyalı Aniş Giri (10-cu yer), ABŞ təmsilçisi Hikaru Nakamura (18-ci yer) və iranlı Alireza Firuzca (21-ci yer) dəvət olunub.
Daha 5 iştirakçı isə Karlsendən əlavə, ABŞ təmsilçisi Fabiano Karuana (2-ci yer), çinli Dinq Liren (3-cü yer), rusiyalı Yan Nepomnyaşi (4-cü yer) və fransalı Maksim Vaşye-Laqrav (5-ci yer) olacaq.
FIDE reytinqində müvafiq olaraq, 9-cu və 11-ci yerlərdə qərarlaşmış Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun turnirə qatılmamalarının səbəbi məlum deyil.
250000 dollar mükafat fonduna malik yarışın qalibi 70000 dollar qazanacaq.