“Sən peşəkar deyilsən”

İtaliya “Qorqonzola Novara”sının və Türkiyə millisinin üzvü Ebrar Karakurt  klub prezidenti Canvittorio Leonardi ilə mübahisə edib. 

Allsport.az xəbər verir ki, İtaliya “A1” liqasının yarımfinal mərhələsində “Qorqonzola Novara”nın “İmoko Koneglianoya” 3:0 hesabı ilə uduzduğu ilk oyundan sonra ikili arasında vəziyyət gərginləşib. 

Klub prezidenti Leonardi oyunçunu peşəkar olmamaqda ittiham edib. Karakurt bu sözlərə bənzər şəkildə cavab verib.

Onlar arasında xoşagəlməz sözlər söyləndiyi və bu müzakirənin mətbuat konfransı otağının yanında baş verdiyi üçün bütün media tərəfindən eşidildiyi iddia edilib.

Həmin kateqoriyadan