- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dekabrın 14-də voleybol üzrə yeni mövsümə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Dərnəgüldə yerləşən voleybol mərkəzində ilk matç 14:00-da “Azərreyl” və “Abşeron” arasında baş tutacaq. Oyundan sonra açılış olacaq. 16:00-da “Lokomotiv” və “Neftçi” rəqabətə qoşulacaqlar.
Qadınların super liqasında 6 komanda – “Azərreyl”, “Lokomotiv”, “Abşeron”, “Mübariz”, UNEC, “Gürcüstan” komandaları çıxış edəcəklər. Kişilərin yüksək liqasında isə 7 klub – “Neftçi”, “Lokomotiv”, “Azərreyl”, MOİK, “Xilasedici”, “Sərhədçi”, “Gürcüstan” mübarizə aparacaqlar. Ölkə çempionatı 2 dövrədən və pley-offdan ibarət olacaq.