- Baxış sayı: 79
- 01 Dekabr 2024 10:00
- Baxış sayı: 285
- Dekabr 02, 2024
- 0
Azərbaycan şahmat federasiyasının (AŞF) sifarişi ilə Heydər Əliyevin 100 illik yubileyinə sənədli film təqdim edilib. Allsport.az saytı xəbər verir ki, “Sərəncam № 42” adlı ekran işində ümummilli liderin ölkə şahmatının inkişafında misilsiz xidmətlərindən bəhs olunur.
“Nizami” kinoteatrında təşkil olunan təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, FIDE rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, şahmat üzrə milli komandanın üzvləri iştirak edib.
Filmin nümayişindən öncə AŞF prezidenti çıxış edərək, il ərzində müxtəlif tədbirlər həyata keçirdiklərini xatırladıb: “Azərbaycan prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Bu il çərçivəsində onun xatirəsinə həsr olunan kütləvi tədbirlər keçirilir. Bizim şahmat təqvimimizdə də bir neçə belə tədbir təşkil edilib”.
Federasiya prezidenti Heydər Əliyevin Azərbaycan şahmatının inkişafına böyük təkan verdiyini söyləyib: “Ümummilli liderin verdiyi diqqət sayəsində Azərbaycan qısa müddətdə dünyanın aparıcı şahmat ölkələrindən birinə çevrildi”.
Sonra film nümayiş olunub. Sənədli filmin rejissoru Vüsal Qarayev, layihənin rəhbəri isə Azad Abbasovdur. 1998-ci ildə o, şahmatçılar Vüqar Həşimov, Teymur Rəcəbov, Qədir Hüseynov və Rauf Məmmədovu qəbul etdikdən sonra, onların hazırlığı və inkişafı ilə bağlı sərəncam imzalayıb. Həmin tarixi sənəd 42 nömrəli sərəncam olduğuna görə sənədli film belə adlanır.