- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Dekabrın 12-dən 18-dək Serbiya paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək “sərbəstlər” Türkiyədə təlim-məşq toplanışı keçir. Qardaş ölkənin komandası ilə birgə baş tutan hazırlıq dekabrın 1-də start götürüb.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Anqarada həm fiziki, həm də taktiki-texniki üzərində çalışılır. 2 ölkənin millisinin birgə təlim-məşq toplanışı dekabrın 14-dək davam edəcək.
Fərdi dünya kubokunda sərbəst güləşçilər yarışın son günlərində (16-18 dekabr) mübarizə aparacaq.