- Baxış sayı: 313
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Romada güləş üzrə Avropa çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, sərbəst güləşçilərimiz qitə birinciliyində 5 medal qazanıb.
Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Cəbrayıl Həsənov (79 kq), Aslanbəy Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal əldə edib.
Bu nəticəylə millimiz 116 xal toplayıb və komanda hesabında Avropa ikincisi olub. Rusiya 186 xalla çempionluğu təmin edib. İlk “3-lüy”ü 95 xal yığan Gürcüstan qapayıb.