- Baxış sayı: 311
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Noyabrın 24-25-də Çeçenistanın paytaxtı Qroznıda sərbəst güləş üzrə “Əhməd Qədirov” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Sədrəddin Ayqubovun rəhbərliyi ilə 12 bahadır təmsil edəcək.
Bunlar İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Ağahüseyn Mustafayev, Murtuzəli Müslimov (hər ikisi – 70 kq), Əbubəkr Abakarov, Hacımurad Hacıyev (74 kq), İbrahim Yusubov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Aslanbəy Alborovdur (125 kq).
Görüşlərin idarə edilməsində 3-cü dərəcəli beynəlxalq hakim Bəşir İsazadə yer alacaq.