Sərbəst və qadın güləş yığmamız dünya kubokunda iştirak hüququna yiyələnib

Sentyabrın 14-dən 22-dək Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilmiş güləş üzrə dünya çempionatında təmsilçilərimiz 6 medal qazanıb. Allsport.az saytı xəbər verir ki, yunan-Romada Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc, qadın güləşində Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşdə isə Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş medal qazanıblar.

Ümumilikdə 1 qızıl, 3 gümüş, 2 bürünc medala yiyələnən Azərbaycan medalların əyarına görə 5-ci yeri tutub. Olimpiadaya iki çəkidə – qadın güləşində 50 kq-da, sərbəst güləşdə isə 97 kq-da lisenziya qazanılıb.

Qeyd edək ki, qadın güləşi komandamız 48 xalla komanda hesabında 8-ci yeri tutub. Bu isə noyabrda Yaponiyada keçiriləcək Dünya Kubokunda iştirak hüququ verib. 50 xalla 7-ci pillədə qərarlaşan sərbəst güləş üzrə millimiz də analoji yarışa vəsiqə qazanıb. Güləşin bu növü üzrə dünya kuboku gələn ilin oktyabrında keçiriləcək. Ancaq təşkilatçı ölkə hələ müəyyənləşməyib.

Həmin kateqoriyadan