Sabah “Azərreyl” Çağırış kubokunda ilk oyuna çıxacaq

Sabah “Azərreyl” klubu Çağırış kubokunda ilk görüşə çıxacaq. Allsport.az saytı xəbər verir ki, “dəmiryolçular” 1/16 finalda Belçikada yerli “Hermes”lə qarşılaşacaq.

Komandamızın oyun üçün heyəti açıqlanıb. Heyətdə Ceyran İmanova, Yana Əzimova, Bəyaz Əliyeva, Mariya Kirilyuk, Leyla Parşkova, Kseniya Pavlenko, Nərmin Musayeva, Leysan Levkina, Nelli Salbişvili, Səmra Qafarova və Nurxan Kazımova yer alıblar.

“Mister V-Arena”da keçiriləcək oyunu ispaniyalı Alexis Barrasa Fuentes və ingiltərəli Dominik Biqaylo idarə edəcəklər. Görüş 21:30-da start götürəcək. Komandalar arasında cavab oyunu noyabrın 29-da eyni məkanda, Oostendedə keçiriləcək.

Həmin kateqoriyadan