- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Sentyabrın 21-də Şuşada beynəlxalq şahmat turnirinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190-illik yubileyinə həsr olunan yarış ayın 21-24-ündə Şuşa şəhərində yerləşən “Qarabağ” mehmanxanasında təşkil olunacaq.
Sabah açılış mərasimi saat 14-də başlayacaq. Sonra yarışın püşkatma və ilk tur keçiriləcək. Kişilər və qadınlar rapid və blits üzrə mübarizə aparacaqlar.
“Şuşa şahmat 2022” turnirinin ümumi mükafat fondu 150 min manatdır.