“Sabah”ın sabiq çalışdırıcısı Rusiya klubundan qovulur

Rusiyanın “Ural” klubu baş məşqçisi Vasili Berezutskini istefaya göndərməyə hazırlaşır.

Allsport.az xəbər verir ki, onun yerinə əsas namizəd Aleksandr Storojukdur. Berezutskinin rəhbərliyi altında komanda 4 oyunda cəmi 1 qələbə qazanıb. Martın 29-da “Rodina”ya qarşı keçiriləcək oyunun mütəxəssisin taleyini həll edəcəyi gözlənilir.

Berezutski ötən mövsüm “Sabah”ın baş məşqçisi olub.

Həmin kateqoriyadan