- Baxış sayı: 52
- 30 Dekabr 2024 11:10
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
Sablyaçı qadınlardan ibarət milli Moskva vilayətinin Novoqorsk şəhərində yerləşən İlqar Məmmədov adına qılıncoynatma mərkəzində keçirilən
ümumrusiya “Güclülərin turniri”ndə iştirak edib. Allsport.az saytı xəbər verir ki, Sevil Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-də qalib gəlib. Qılıncoynadanımız 1/16 finalda Kseniya İllarionovanı 15:9 hesabı ilə məğlub edib, 1/8 finalda Svetlana Karelovaya 8:15 uduzub.
Karelova buna qədər 1/16 finalda qrup mərhələsində keçirdiyi 5 görüşdən 2-ni qalib başa vurmaqla, pley-offda Sofya Smirnovanı 15:4 hesabı ilə məğlub edən Səbinə Kərimova ilə qarşılaşıb. Gərgin keçən görüş Rusiya idmançısının 15:14 hesablı qələbəsi ilə başa çatıb. Yekun sıralamada Sevil Bünyatova 12, Sevinc Bünyatova 20, Səbinə Kərimova yarışı 27-ci sırada başa vurub.
Qrupda keçirdiyi 6 görüşdən 4-də qalib gələn Sevinc Bünyatova isə 1/16 finalda Aleksandra Klimovaya 12:15 hesabı ilə uduzub. Turnir sablya üzrə qadınlardan ibarət komandamızın 25-26 yanvar tarixlərində ABŞ-ın Solt Leyk Siti şəhərində keçiriləcək dünya kuboku hazırlıq xarakteri daşıyır.