Qılıncoynadanlarımızdan uğursuz çıxış

Yeniyetmə və gənc qılıncoynadanlarımız Səudiyyə Ərəbistanında keçirilən dünya birinciliyində iştirak ediblər.

Allsport.az xəbər verir ki, təmsilçilərimiz mükafatalayiq yerləri tuta bilməyiblər.

Zərifə Hüseynova, Fərəh Abasova, Züleyxa Sultanlı və Valentina Zeynalovadan gənc qızlardan ibarət sablya komandamız Bolqarıstan yığmasına 32:45 hesabı ilə məğlub olub. Gənc sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova və yeniyetmələrin mübarizəsində isə Valentina Zeynalova birinciliklə erkən vidalaşıblar.

Sablyaçı gənc oğlarların yarışında Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət millimiz isə Almaniyaya uduzub – 43:45. Şəxsi mübarizədə isə Timur Husnaddinov və Nahid Məmmədli 1/32 finalda çıxışı başa vurub.

Gənc şpaqaçılar Xədicə Həsənli, Aynur Quliyeva, Azərin İdriszadə və Nəzrin Mehdiyevan ibarət komandamız Çin yığması ilə bacarmayıb (36:45). Şəxsi yarışda ən yüksək nəticəyə Xədicə Həsənli imza atıb. O, 1/32 finalda yarışıb.

Səid Əliyev, Vahab Fətullayev, Mirxətai Məmmədov və Emin Səfərbəyovdan ibarət gənc oğlan şpaqaçılardan ibarət millimiz Niderland yığmasına 45:43 hesabı ilə qalib gəlsə də, Estoniyaya 30:45 hesabı ilə uduzub. Oğlan şpaqaçıların şəxsi yarışlarında Vahab Fətullayev və Mirxətai Məmmədov pley-offda məğlub olub.

Həmin kateqoriyadan