- Baxış sayı: 44
- 22 Aprel 2024 19:34
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
İtaliyanın Neapol şəhərində qılıncoynatma üzrə yeniyetmələrin Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Rəsul Əliyev, Abbas Hüseynov, Nahid Məmmədli və Timur Hüsnəddinovdan ibarət oğlan sablyaçılarımız komanda yarışında ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə Ukrayna millisinə 41:45 uduzub.
Xədicə Həsənli, Aynur Quliyeva, Nəzrin Bayramova və Xatun Bayramovadan ibarət qız şpaqaçılarımız isə ilk görüşdə Serbiya yığmasına 45:32 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstan seçməsinə eyni hesabla uduzub.
Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət oğlan şpaçılarımız İsveç yığmasına 38:45 yenilib.