Millimiz Bolqarıstana uduzdu

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.

Allsport.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət komanda 1/4 finala vəsiqə uğrunda qarşılaşmada Bolqarıstana uduzub.

Rəqib 45:44 hesabı ilə qələbə qazanıb.

9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Meksika (45:39), Yunanıstan (45:34) və Polşa (45:44) sablyaçılarına qalib gələn yığmamız yarışı 9-cu sırada başa vurub.

Qadın sablyaçıların şəxsi yarışında yalnız Palina Kaspiaroviç ən güclü 1/16 finaladək kimi irəliləməyi bacarıb.

Həmin kateqoriyadan