- Baxış sayı: 107
- 29 Mart 2026 10:35
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Tunisdə qılıncoynatma üzrə qran pri başa çatıb. Allsport.az xəbər verir ki, millimizin lideri Anna Başta turnirə birbaşa pley-off mərhələsindən başlayıb.
O, ilk görüşdə italiyalı Manuela Spikaya qalib gəlsə də (15:8), 1/16 finalda macarıstanlı Lusa Şutsa 1 xal fərqi ilə uduzub – 14:15.
Qrup mərhələsinə adlayan digər qılıncoynadanımız Səbinə Kərimova da birinci görüşünü qələbə ilə bitirib. O, italiyalı Rosella Qreqorionu (15:14) məğlub edib, lakin 1/16 finalda fransalı Sara Nuçaya uduzub – 11:15.