- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

2000-ci ildə Sidneydə və 2004-cü ildə Afinada keçirilən olimpiya oyunlarının qalibi olmuş qılıncoynatma üzrə Rusiya qadın milli komandalarının məşqçisi Aleksandr Kislyunin 83 yaşında dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, bu barədə Rusiya qılıncoynatma federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Aleksandr Serqeyeviçin ailəsinə, dostlarına, həmkarlarına və tələbələrinə dərin hüznlə başsağlığı veririk”, – təşkilatın bəyanatında deyilir.