Sadıq Sadıqov: “Məşqçilərimiz 73 kq-da yapon səddini keçməyin yolunu axtarırlar”

Vitse-prezident Sadıq Sadıqov Cüdo federasiyasının Bakı olimpiya stadionunda keçirilən konfransı və icraiyyə komitəsinin iclasından sonra brifinq keçirdi. Allsport.az saytı xəbər verir ki, o, dünya çempionatına hazırlıqla bağlı danışdı, yaxın plan və istiqamətləri açıqladı:
“Dünya çempionatı ən vacib məsələlərdən biridir. Komanda təlim-məşq toplanışına başlayıb. Baş məşqçi tətbiq etdiyi cədvəllə idmançıların formalarını qoruyub-saxlamalarına çalışır. Komanda hazırda Qusardadır. Mən özüm də 1-2 gün öncə onların yanında oldum. Uşaqlarda ovqat çox yüksəkdir.
Hədəflər bəllidir: Avropa, dünya çempionatları və Tokio-2020-də uğurlu çıxış. Yaponiyada, ən azı, Rioda qazandığımız 2 gümüş medalı təkrarlamalıyıq. Medalın sayının və əyarının artması başucalığıdır. Əsas məqsəd yaponları keçməkdir. Amma bu asan deyil. Cüdo onlarda yaranıb, milli idman növüdür. Rüstəm Orucov “Böyük dəbilqə”də Oni Şoho ilə pis güləşmədi. Mütəxəssislərimiz 73 kq-da yapon səddini keçməyin yolunu axtarırlar”.

Həmin kateqoriyadan