Sadıq Sadıqov qitə çempionatı öncəsi cüdoçularla görüşüb

Məlum olduğu kimi, 19-21 noyabrda Çex Respublikası paytaxtı Praqada cüdoçuların Avropa çempionatı keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz də iştirak edəcək. Dünən ACF-in vitse-prezidenti Sadıq Sadıqov səfər ərəfəsində komanda üzvləri ilə görüşüb. Öncə kişilərdə baş məşqçi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov hazırlıq barədə məlumat veriblər.

Onlar son 2 həftədə cüdoçularımızın Budapeştdə “Böyük dəbilqə”də və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər 2 mütəxəssis millimizin üzvlərinin qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini deyiblər.

Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi qeyd edib. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.

Həmin kateqoriyadan