- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 84
- Noyabr 21, 2024
- 0
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə “Shamkir Chess-2017” superturnirində 6-cı turunun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarov Azərbaycanı şərəfləndirməkdə davam edir.
Qara fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşan qrossmeysterimiz, 6 saat 22 dəqəqə çəkən partiyada nəhayət, 69-cu gedişdə rəqibini təslim edib. Bu, “Şah”ın yarışda qazandığı 3-cü qələbə olub.
Təmsilçimiz 4,5 xalla vahid nöncüllüyünü davam etdirir. Teymur Rəcəbov isə adəti üzrə yenə heç-heçə edib. Onun hesabında 2,5 xal var.
VI tur
Vladimir Kramnik (2811, Rusiya) – Şəhriyar Məmmədyarov (2772, Azərbaycan) – 0:1
Radoslav Voytaşek (2745, Polşa) – Teymur Rəcəbov (2710, Azərbaycan) – 0,5:0,5
Maykl Adams (2761, İngiltərə) – Pentala Harikrişna (2755, Hindistan) – 0,5:0,5
Veselin Topalov (2741, Bolqarıstan) – Pavel Elyanov (2751, Ukrayna) – 1:0
Uesli So (2822, ABŞ) – Sergey Karyakin (2783, Rusiya) – 1:0