- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
Şəmkirdə keçirilən Vüqar Həşimovun xatirə turnirinin 7-ci turunda Azərbaycan çempionu Eltac Səfərli milli komandanın lideri Şəhriyar Məmmədyarova uduzub. Allsport.az saytı xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi oyunundan razı olduğunu bildirdi:
“Sonuncu dəfə “Naxçıvan Open”də oynamışıq. Orada heç-heçə olmuşdu. Ümumiyyətlə, Azərbaycan şahmatçıları bir-birini yaxşı tanıyır. Biz aramızda heç vaxt rəqabət olmayıb. Yəni millidə olduğumuz zaman bir-birimizə kömək etmişik. Debütdən istifadə zamanı komanda yoldaşlarımıza dəstək olmuşuq. Ona görə Azərbaycan şahmatçıları bir-birinə rahat hazırlaşır. Mən Eltacı, o da məni yaxşı tanıyır”.
Məmmədyarov 7 turdan sonra çıxışı haqda danışmaq istəmədiyini söyləyib: “7 turdan sonra yekun haqda danışmağın əleyhinəyəm. “Qətər Open”də 7 tur lider oldum. Son 2 turda məğlub olaraq ilk 20-yə düşmədim. Son 2 tur çox vacibdir. Bəlkə bəziləri son partiyaları vacib saymır. Lakin yarış sona qədər oynanılır. Hələ turnir cədvəlində çox dəyişiklik ola bilər”.