- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FİDE-nin qran-pri seriyasının 1-ci mərhələsi sona yetib. Allsport.az saytı xəbər verir ki, bu gün 9-cu turda millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) ağ fiqurlarla qadınlar arasında dünya çempionu Hoy Yufanla (2651, Çin) qarşılaşıb.
Gərgin mübarizədə rəqibini təslim edən qrosmeysterimiz yarışda 3-cü qələbəsini bayram edib. Bu nəticə ilə xalını 5,5 yüksəldən “Şah” Aleksadr Qrişuk (2742, Rusiya) və Maksim Vaşye Laqravla (2796) birgə mükafatçılar sırasına düşüb. Əmsala görə həmyerlimiz 3-cü olub.