- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 82
- Noyabr 21, 2024
- 0
Niderlandın Veyk-an-Zey şəhərində şahmatçıların superturniri sona çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, bir günlük istirahətdən sonra qrossmeysterlər yenidən mübarizəyə qoşulublar. 11-cu turda Şəhriyar Məmmədyarov (2804) ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə (2834) üz-üzə gəlib.
Tərəflər Nimçoviç müdafiəsi oynayıblar. Partiya bərabər keçib və 31-ci gedişdə lövhədə artıq şah və 6 piyada qalıb. Durum eyni olduğundan, 38-ci gedişdə şahmatçılar sülh bağlayıblar.
Bu heç-heçəyə rəğmən, rəqiblər yarış cədbəlində öncüllüklərini qoruyublar. Hər 2 şətrənc ustasının 7,5 xalı var. Qeyd edək ki, həmyerlimiz 14 iştirakçı arasında ən çox qalib gələn (5) qrossmeyster olaraq qalır.