- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Bakıda keçirilən Dünya Kubokunun 1/16 final mərhələsində hindistanlı Seturaman Panayapanı 2 oyunun nəticəsinə əsasən məğlub edən şahmatçımız Şəhriyar Məmmədyarov, növbəti mərhələyə adlayıb.
Allsport.az saytı xəbər verir ki, dünən ağ fiqurlarla rəqibini üstələyən «Şah» bu dəfə heç-eçə hilə kiyayətlənib. Sabah Azərbaycanlı qrossmeyster istirahət edəcək. Onun rəqibi mərhələ tam başa çatdıqlan sonra bilinəcək.
Digər təmsilçilərimizə gəlincə, Teymur Rəcəbov Rusiya qrossmeysteri Pyotr Svidlerlə 2-ci partiyada da xalı yarıya bölüb. Qalib sabah keçirilən tay-brekdə məlum olacaq.
Qədir Hüseynov dünən Çin təmsilçisi Dinq Liren ilə heç-heçə etsə də, bu gün uduzaraq yarışla vidalaşıb.