- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov dünya reytinqində irəliləyib. Allsport.az saytı xəbər verir ki, qrossmeyster, FİDE-nun dekabr ayı üçün açıqladığı sıralamada 16-cı yerdədir. O, bir ay ərzində mövqeyini 4 pillə yaxşılaşdırıb.
Şəhriyar Məmmədyarov (2748) siyahıda Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Dmitri Yakovenko (Rusiya), Pental Harikrişna (Hindistan) və Maykl Adamsı (İngiltərə) geridə qoyub.
Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov (2726) 28-ci, Arkadi Naydiç (2698) 45-ci sıradadır. Dünya reytinqinin 100 ən yaxşı şahmatçısı siyahısı daha bir azərbaycanlı şahmatçı – Eltac Səfərli (2653) ilə başa çatır.
Kişilər arasında 1-ci yeri əvvəlki kimi norveçli Maqnus Karlsen (2834) tutur. Veselin Topalov (2803) 2-cidir. Sonra gələn Vişvanatan Anand (Hindistan) və Vladimir Kramnikin (Rusiya) reytinq göstəricisi eynidir: 2796.