- Baxış sayı: 147
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 170
- Dekabr 18, 2024
- 0
Martın 21-də Berlində keçiriləcək FİDE qran-pri seriyasının 3-cü mərhələsinin iştirakçılarının adı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, yarışda bizdən Şəhriyar Məmmədyarov mübarizə aparacaq. 16 şahmatçının iştirak edəcəyi turnirdə o, Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov, almaniyalı Vinsent Keymerin yer aldığı “B” qrupunda yarışacaq.
Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 nəfər iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. “Şah” bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının 2-ci mərhələsində iştirak edib.
Qrossmeysterlər hər turnirin nəticəsinə görə qran-pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan 2 şahmatçı 2022-ci il “şahmat tacı”na iddiaçılar turnirinə vəsiqə qazanacaq.