- Baxış sayı: 43
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 139
- Dekabr 15, 2025
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində FIDE-nin qran-pri seriyasının 1-ci mərhələsində millimizin üzvü Şəhriyar Məmmədyarov (2766) uğurlu çıxışını davam etdirir.
Allsport.az saytı xəbər verir ki, bu gün 4-cü turda böyük britaniyalı Maykl Adamsla (2751) qarşılaşan qrossmeysterimiz, növbəti qələbəsini qazanıb.
O, ağ fiqurlarla 43-cü güdişdə rəqibi təslim edib. Hazırda “Şah”ın hesabında 3 xal var, şahmatçımız İspaniya təmsilçisi Fransisko Valyexo ilə zirvəni bölüşdürür.