- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirində 1-ci turun bir görüşü başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. Partiyadan sonra Şəhriyar Məmmədyarov medianın suallarına cavab verib: “Sergeylə oynamaq hər zaman maraqlıdır. Bu gün ilk tur olduğu üçün nəticəni normal qəbul edirəm. Nəzərə alaq ki, bir-birimizi yaxşı tanıyırıq. Dünya Kubokunda Karyakinə məğlubiyyətimi xatırlamaq istəməzdim. Dünya Kubokundan sonra bir neçə dəfə qarşılaşmışıq.
Şəmkir turniri bizim üçün önəmlidir. Sergey Karyakinlə oyuna hazırlaşmaq asan deyil. İddiaçılar turnirində ona kömək etmişəm. Çox güclü şahmatçıdır. Çoxları iddiaçılarda onun şansının az olduğunu deyirdi. Lakin Sergey yüksək səviyyəli şahmatçı olduğunu sübut etdi. Onu Maqnus Karlsenlə çətin görüş gözləyir. Karyakinə lazım olarsa yenidən kömək etməyə hazıram. Karlsenlə oyuna ciddi hazırlaşmaq vacibdir. O təsadüfi olaraq iddiaçılar turnirində qələbə qazanmayıb. Dünya çempionluğu uğrunda görüşdə çox maraqlı mübarizə olacaq”.
Rusiya təmsilçisi Sergey Karyakin də Məmmədyarovun köməyinə ehtiyacı olduğunu deyib: “İlk turdakı oyundan razı qaldım. Partiyada irəliləyiş hiss olunmurdu. Ona görə bir növ ədalətli nəticə oldu. Məmmədyarov iddiaçılar turnirində qələbə qazanmağa kömək edən şahmatçılardan biri oldu. Çempionluq matçına hazırlıq zamanı yenidən onun köməyinə ehtiyacım olacaq. Şəhriyarlə işləmək rahatdır. Uzun müddətdir birgə oynayırıq. Həyatda dost olmağımıza baxmayaraq yarışda bir-birimizi məğlub etməyə çalışırıq”.